ƏBDÜRRƏHMAN İBN ƏVF

(32/652 ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri olmuşdur. Müsəlman olmamışdan əvvəl Əbdül-Kəbə (Kəbənin qulu) adı ilə tanınmışdır. Əbdürrəhman ibn Əvf ilk müsəlmanlardan biri olmuşdur. O, Ərqəmin evindəki yığıncaqlarda iştirak etmişdir. O, başqa müsəlmanlar kimi Məkkədə təqib olunduğundan Həbəşistana, sonra isə Mədinəyə hicrət etmişdir. Hicrət etdikdən sonra Əbdürrəhman ibn Əvf İslamın güclənməsi üçün əlindən gələni əsirgəməmişdir. O, müşriklərə qarşı olan bütün müharibələrdə iştirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra öz fəaliyyətini davam edərək xəlifə Əbu Bəkr və Ömərin yaxın adamlardan biri olmuş, ölkənin idarə olunmasında onlara yardımçı olmuşdur. Ömər şəhid edildikdən sonra o, xəlifəni seçəcək altı nəfərdən ibarət heyətdə yer almışdır. Onlar özlərindən birini xəlifə seçməli idilər. Seçki zamanı Əli və Osmanın namizədliyi irəli sürülmüşdür. Onlardan birinin seçilməsində Əbdürrəhman ibn Əvf son sözü deməli idi. O, da Osmana üstünlük vermişdir. Onun səsi seçkini həll etmiş, beləliklə, Osman İslam xilafətinin üçüncü Raşidi xəlifəsi seçilmişdir. Əbdürrəhman ibn Əvf Mədinədə hicrətin 32-ci ilində vəfat etmiş və orada torpağa tapşırılmışdır.
ƏBDÜL-MÜTTƏLİB
ƏBU BƏKR
OBASTAN VİKİ
Əbdürrəhman ibn Mülcəm
Əbdürrəhman ibn Mülcəm əl-Muradi (ərəb. عبدالرحمن بن ملجم المرادي‎) — İslam xəlifəsi Əli ibn Əbu Talibi öldürən xarici. Əli ibn Əbu Talib 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində sübh namazı qılarkən başına zəhərli qılınc zərbəsi almışdır. Baş həkim Ətir bin Əmr əs-Sakuni Əliyə tibbi müdaxilə etmiş, ancaq Əli 28 yanvar 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, ibn Mülcəm edam edilərək ondan qisas alınmalıdır. Həsən ibn Əli atasının təlimatlarına riayət edərək ibn Mülcəmi edam edərək ondan qisas alır.:309 Tabataba'i, Muhammad Husayn. Shi'ite Islam. SUNY Press. 1977. ISBN 978-0-87395-390-0.
Əbdürrəhman ibn Rəbiə
Əbd ür-Rəhman ibn Rəbiə ərəb: (عبدالرحمن بن ربيعة‎) erkən Xilafət dövrü ərəb sərkərdəsi. Ehtimal ki, xəlifə Ömərin vaxtında Xilafətin Azərbaycanda hərbi canişini Salman ibn Rəbiə əl-Bəhilinin qardaşıdır. Təbəriyə görə 642-643-cü ildə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbdürrəhman ibn Rəbiə əl-Bəhilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr etdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl -Beyda şəhərinə çatıb onu işğal etdilər. Lakin Bələncər yaxınlığında xəzərlər ərəbləri məğlub etdi və onların komandanı Əbd-ür-Rəhman ər-Rəbiəni öldürdülər.
III Məhəmməd ibn Əbdürrəhman
III Məhəmməd və ya Məhəmməd ibn Əbdürrəhman (ərəb. محمد بن عبد الرحمن بن عبيد الله‎) (d. 976 - ö. 1025) — 11. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == İbn Hazm, Cemhere (nşr. Abdüsselâm M. Hârûn), Kahire 1982, s. 101. Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1966, s. 25-26.
I Məhəmməd ibn Əbdürrəhman
I Məhəmməd ibn Əbdürrəhman (ərəb. محمد بن عبد الرحمن الأوسط‎) (d. 822 - ö. 5 avqust 886) — 5-ci Kordova əmiri. == Həyatı == === İlk illəri === Məhəmməd ibn Əbdürrəhman 822-ci ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmiri II Əbdürrəhman, anası isə onun xanımlarından Nəhdizdir. Əsir düşən Haris ibn Bəzki xilas etmək məqsədilə atasının əmriylə Tudela qalası üzərinə göndərildi. Ardından üsyançı Musa ibn Qasini sülhə məcbur etdi və 842-ci ilin mayında Pamplona şəhərini ələ keçirdi. Ancaq Musa ibn Qasi yenidən ayaqlandı. Bu səbəblə 844-cü ildə Məhəmməd yenidən üsyançı Musa ibn Qasinin üzərinə göndərildi.
Əbdürrəhman
Əbdürrəhman — Azərbaycanda daha çox işlədilən ad. Əbdürrəhman Vəzirov — Azərbaycan SSR KP MK-nın 13-cü I katibi Əbdürrəhman Fərəcov — aktyor, Leyli rolunun ilk ifaçısı. Əbdürrəhman əfəndi Ünsi — Əbdürrəhman bəy Fətəlibəyli — İkinci dünya müharibəsində Azərbaycan legionunun başcısı Əbdürrəhman Cami — Böyük taçik şairi, musiqişünası, filosof və alimi. Əbdürrəhman ağa Dilbazov — Əbdürrəhman ibn Rəbiə — Əbdürrəhman Tağıyev — Əbdürrəhman Dai — şair. Əbdürrəhman Yalçınqaya — Türkiyəli hüquqşünas.
Əbdürrəhman ibn Abdullah əl-Ərhəbi
Əbdürrəhman ibn Abdullah əl-Ərhəbi (ərəb. عبدالرحمن بن عبدالله ارحبی‎) — Kərbəla döyüşündə Hüseynin ordusunda şəhid olan. Əbdürrəhman Abdullah Ərhəbinin oğlu idi. Ərhəb Banu Həmdan şiə qəbiləsinin məşhur qollarından biri idi. Əbdürrəhman Kufədə nüfuzlu şəxs idi, o, Əli ibn Əbu Talib və Hüseyn ibn Əlinin səhabələri arasında idi. Onun adı müxtəlif formalarda Əbdürrəhman əl-Kudari, Əbdürrəhman ibn Abdullah əl-Ərhəbi və Əbdürrəhman ibn Übeyd əl-Ərhəbi kimi bildirilmişdir. Hüseyn ibn Əli Yezid ibn Müaviyəyə beyət etməkdən imtina edib Məkkəyə gedəndə Kufə əhli Hüseyni Kufəyə dəvət etmək üçün məktub yazdılar. Əbdürrəhman ibn Abdullah və Qeys ibn Muşir kufəlilər tərəfindən 53 məktub, başqa bir xəbərdə deyildiyi kimi, Hüseynə 153 məktub və ya 50 məktub göndərənlərdən idi. Bütün bu məktubların məzmunu onu Kufəyə getməyə dəvət edirdi. Onlar Məkkəyə hicri tarixlə 10 və ya 12 Ramazan,60-cı il,ya da 680-ci ilin iyul ayı daxil oldular.
III Əbdürrəhman
III Əbdürrəhman və ya Əbdürrəhman ibn Məhəmməd (ərəb. عبد الرحمن الناصر لدين الله‎) (d. 7 yanvar 891 - ö. 15 oktyabr 961) — son Kordova əmiri və 1. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == İbnü’l-Esîr, el-Kâmil, VIII, 73, 74, 180, 324, 387, 513, 535, 536, 674, 675. İbn Haldûn, el-ʿİber, IV, 137-146. Makkarî, Nefḥu’ṭ-ṭîb, bk. İndeks. R. Dozy, Histoire des Musulmans d’Espagne, Paris 1912, II, 93-175.
II Əbdürrəhman
II Əbdürrəhman və ya Əbdürrəhman ibn Hakəm ibn Haşim ibn Əbdürrəhman (ərəb. عبد الرحمن الأوسط‎) (d. 792 - ö. 22 sentyabr 852) — 4-cü Kordova əmiri. == Həyatı == === İlk illəri === Əbdürrəhman ibn Hakəm 792-ci ildə Toledoda dünyaya gəldi. Atası Əndəlüs əmiri I Hakəm, anası isə onun xanımlarından Halavadır. Mükəmməl təhsil aldıqdan sonra gənc yaşlarından etibarən müxtəlif dövlət vəzifələrində xidmət etdi. Bu vəzifələrdən biri də 807-ci ildə Toledoda başlayan üsyanın yatırılması oldu. Şəhərə yeni təyin edilən vali Əmrus ibn Yusiflə birlikdə üsyanın qısa zamanda yatırılmasında mühüm rol oynayan Əbdürrəhman ibn Hakəm, daha sonra Tortosaya hücum edən frankların geri püskürdülməsiylə vəzifələndirildi (809). Bu uğurları səbəbilə atası tərəfindən vəliəhd elan edildi.
IV Əbdürrəhman
IV Əbdürrəhman və ya Əbdürrəhman ibn Məhəmməd (ərəb. عبد الرحمن المرتضى‎) (X əsr, Kordova, Əndəlüs – 23 iyul 1018, Quadis[d], Əndəlüs) — 7. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == İbn Hazm, Cemhere (nşr. Abdüsselâm M. Hârûn), Kahire 1982, s. 101. Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1966, s. 22. Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s. 27.
I Əbdürrəhman
I Əbdürrəhman Əbül-Mütarrif Əbdürrəhman əd-Daxil ibn Müaviyə bin Hişam (731, Dəməşq – 30 sentyabr 788) — Əndəlüs Əməvi dövlətinin qurucusu (756–788). == Həyatı == 731-ci ildə Dəməşq yaxınlarında Deyrihannada doğuldu Anası Rah, Bərbəri Nəfza qəbiləsinə mənsub bir cariyə idi. Kiçik yaşda atasını itirdiyi üçün babası Xəlifə Hişamın yanında böyüdü. Abbasi qətli-amından qurtulduqdan sonra bir müddət Fərat civarında gizləndi. Niyəti şərqə qaçmaq idi, fəqət Abbasi əsgərlərinin onu təqib etdiyini öyrənincə azad edilmiş köləsi Bədr ilə birlikdə Suriya, Fələstin və Misir üzərindən İfrikıyyəyə ulaşmayı başardı. İfrikıyyə valisi Əbdürrəhman b. Həbib əl-Fihri, Abbasilərə qarşı olmasına baxmayaraq, bağımsızlığını qazanmaq arzusunda olduğu üçün Əbdürrəhman ibn Müaviyənin Kayrəvanda qalmasına izin vermədi. Buna gğrə bir müddət Bərkada qalan Əbdürrəhman buradan Tahərdə, oradan da Mərakeşin Aralıq dənizi sahilində yaşayan Nəfza qəbiləsinin yanına getti. Əbdürrəhman, Şimali Afrikada gözlədiyi dəstəyi tapa bilməyincə Əndülüsə keçməyə qərar verdi. Ancaq, öncə yanından heç ayrılmayan azadlı köləsi Bədri göndərərək durumu öyrəndikdən sonra hərəkət etmənin daha uyğun olacağını düşündü.
V Əbdürrəhman
V Əbdürrəhman və ya Əbdürrəhman ibn Hişam (ərəb. عبد الرحمن بن هشام المستظهر بالله‎) (d. 1002 - ö. 18 yanvar 1024) — 10. Kordova xəlifəsi. İbn Hazm, Cemhere (nşr. Abdüsselâm M. Hârûn), Kahire 1982, s. 101. Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1966, s. 25-26.
Əbdürrəhman (Avurğazı)
Əbdürrəhman (başq. Абдрахман, rus. Абдрахманово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Tolbazı): 22 km, kənd sovetliyindən (Tukay): 3 km. ən yaxın dəmiryol stansiyasından (Beloe Ozera stansiyası): 53 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (60%), başqırdlar (40%) üstünlük təşkil edir.
Əbdürrəhman Cami
Əbdürrəhman Cami – tacik şairi, musiqişünası, filosof və alimi. Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur. Çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan ərəbist(?) mövlana Cüneydi Üsuli idi. İstedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir. Bir az sonra Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir.
Əbdürrəhman Dai
Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülov (1898, Bülbülə - 1937) — şair. Əbdül Rəhman Dai 1898-ci ildə Bakı yaxınlığındakı Bülbülə kəndində Əbdül Rəhman və Gülsüm xanım Əbdülovların ailəsində dünyaya göz açıb. Rəhman ailənin yeganə oğul övladı idi və anadan olanda atasının 58, anasının isə 40 yaşı vardı. XX əsrin əvvəllərində Əbdülovlar Bülbülə kəndindən Bakıya köçmüş, Bondarnaya (indiki Şəmsi Bədəlbəyli) küçəsi, 92 saylı ünvanda yaşayıb. Rəhman Əbdül Rəhman oğlu Əbdülov 1905-ci ildə Bakıda Ali-ibtidai məktəbin 1-ci sinfinə daxil olub, 1908-ci ildə yüksək qiymətlərlə bu ibtidai təhsil ocağını bitirib. Bir müddət qoca atasına təsərrüfat işlərində kömək edən gənc Rəhman mətbəə sahəsində çalışmağa daha böyük həvəs göstərirdi. O 1914-cü ildə zəmanəsinin ziyalısı və xeyirxahı kimi tanınan Qasım bəy Qasımbəyovun redaktorluğu ilə nəşrə başlayan "Bəsirət" qəzeti ilə əməkdaşlıq edir, "Məktəb" elektrik mətbəəsində mürəttib peşəsinə yiyələnirdi. İlk yazı nümunələri "Bəsirət", "Açıq söz" qəzetlərində işıq üzü görən Əbdül Rəhman Dainin uşaqların rəvan qiraəti üçün yazdığı "Rəhimli səyyah" adlı ilk nəsr kitabı Kazım Vəlizadənin naşirliyi ilə 1917-ci ildə "Məktəb" elektrik mətbəəsində nəşr edilib. Dai o vaxt 5 kitabın müəllifi idi. Həmçinin komsomol orqanı olan “Gənc işçi”də çalışırdı.
Əbdürrəhman Düdənginski
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski (12 iyun 1908, Düdəngə, Şərur rayonu – 20 noyabr 1954, Münxen) — İkinci dünya müharibəsində Azərbaycan legionunun başçısı. ABŞ-nin "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının baş redaktoru olub. Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olub. Tiflisdəki hərbi-piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib. Moskvada Hərbi Akademiyada təhsil alıb. Minbaşı (mayor) rutbəsində olmuşdur. Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914–1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi.
Əbdürrəhman Fərəcov
Əbdürrəhman Mürsəlqulu oğlu Fərəcov (1892, Şuşa – 1952) — aktyor, "Leyli və Məcnun" operasında Leyli rolunun ilk ifaçısı. 1892-ci ildə Şuşada anadan olmuşdur. Bəllidir ki, "Leyli və Məcnun"un ilk tamaşası olduqca uğurlu keçib. Leyli rolunun da ifaçısı çayçı şagirdi Əbdürrəhman Fərəcov olub. Bir dəfə Üzeyir bəy Hacıbəyov çayxanada olarkən təsadüfən bu çayçı şagirdinin xoş zümzüməsini eşidərək səsinə valeh olub. Leyli rolunu yaratmaq üçün qadın tapılmadığından xəyalına məhz Əbdürrəhman Fərəcov gəlib. Həm səsinin məlahətini, həm də boy-buxununun incəliyini nəzərə alıb onu inandırıb ki, Leyli obrazını yarada bilər. Hüseynqulu Sarabski "Bir aktyorun xatirələri" adlı kitabında yazırdı: "Çox yalvar-yaxardan sonra Əbdürrəhman Fərəcovu Leyli rolunu oynamağa razı sala bildik". Amma Əbdürrəhman Fərəcov ikinci tamaşa zamanı Leyli rolunu oynamaqdan imtina edib. Məşədi Cəmil Əmirov muğam kursu açır.
Əbdürrəhman Güləhmədov
Əbdürrəhman Niyaz oğlu Güləhmədov (25 avqust 1908, Gürcüstan, Ahalkələk rayonu, Kokiya kəndi – 1989, Bakı) — aqrar elmləri doktoru (1961), professor (1963), Azərbaycan SSR EA-nın müxbir üzvü (1976). Əbdürrəhman Güləhmədov 25 avqust 1908-ci ildə Borçalı mahalına qonşu Ahalkələk (Ağcaqala) rayonunun Kokiya kəndində anadan olub. Uşaq ikən yetim qaldığı üçün natamam orta təhsilini Gəncə şəhərinin uşaq evində alıb. Sonra Gəncə Kənd Təsərrüfatı Texnikumunun Aqronomluq şöbəsini bitirib və Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda işləyib. Əbdürrəhman Güləhmədov ali təhsilini Moskva Kənd Təsərrüfatı Akademiyasının Torpaqşünaslıq və Aqrokimya fakültəsində alıb. Əbdürrəhman Güləhmədov əmək fəaliyyətinə 1930-cu ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının Aqrokimya kafedrasında, D. H. Pryanişnikovun laboratoriyasında başlayıb. O, 1956-cı ildən ömrünün sonuna kimi AEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mikroelementler şöbəsinin rəhbəri vəzifəsini icra edib. Əbdürrəhman Güləhmədov 1932-ci ildən etibarən həm də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqrokimya fənnindən mühazirələr oxumaqla kadr hazırlığı işində yaxından iştirak edib. Azərbaycan SSR-in pambıqçılıq zonasında torpaqların azot, fosfor və kaliumla təmin olunması kartoqramını tərtib edib. Torpağın aqrokimyəvi tədqiqat üsullarını, həmçinin yerli xammal bazası əsasında kompleks gübrələrin yeni növlərinin alınma texnologiyasını işləyib hazırlayıb.
Əbdürrəhman Momənd
Əbdürrəhman Momənd (puşt. عبدالرحمان بابا) və ya Rəhman Baba (puşt. رحمان بابا; 1632, Pişəvər – 1706, Pişəvər) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı. Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var.
Əbdürrəhman Paşa
Əbdürrəhman Paşa (ö. 13 yanvar 1706) — III Əhməd səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. Dərya bəylərindən olub, haqqında məlumat olduqca azdır. 25 dekabr 1704-cü ildə kaptan-ı dərya oldu. 13 yanvar 1706-cı ildə vəfat etdi. Cənazəsi Piyalə Paşa məscidinin həyətinə dəfn edilmişdir.
Əbdürrəhman Tağıyev
Tağıyev Əbdürrəhman İsmayıl oğlu (1899, Bakı-1995, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Əbdürrəhman Tağıyev 1899-cu ildə Bakı şəhərində doğulmuşdu. Bakı gimnaziyasını bitirmişdi. 1920-1925-ci illərdə İstanbul Dəmiryol İnstitunun inşaat fakültəsində oxumudu. Hacı Zeynalabdin Tağıyevin nəvəsidir.
Əbdürrəhman Umarov
Əbdürrəhman Umarov (1866, Həştərxan – 1933, Arxangelsk vilayəti) — məşhur noqay maarifçisi və tarixçisi. Abdürrəhman İsmayıl oğlu Umarov 1866-cı ildə doğulub. Onun doğulduğu illərdə noqaylar hələ də köçəri halda yaşayırdılar. Buna görə də qaynaqlar onun hansı şəhərdə, hansı kənddə anadan olduğunu yazmaqdansa, hansı tayfadan olduğuna üstünlük verirlər. Abdürrəhman Umarov da Həştərxan bölgəsində yaşayan nayman tayfasındandır. Abdürrəhman Umarov ilk təhsilini molla yanında alıb. Molla sadəcə ona oxumağı və yazmağı öyrətməyib, həmçinin, türk ləhcələrini, fars, ərəb dillərini öyrədir, dini və dünyəvi biliklərdən məlumat verir. İlkin hazırlığı yaxşı olduğundan Ufa şəhərindəki Qaliyə mədrəsəsinə daxil olanda şəhərdə yaşayan, ibtidai məktəbi bitirən yaşıdlarından o qədər də fərqlənmir. 1906-cı ildə Ufada imkanlı adamların topladığı vəsaitlə yaradılan, dövrünün böyük din xadimi və pedaqoqu Ziyaddin Kamaletdinovun rəhbəriliyi ilə fəaliyyətə başlayan mədrəsə ali təhsil ocağ kimi qurulduğunda çox vaxt adı Aliyə kimi də yazılır. Mədrəsədə təhsil dörd mərhələli idi.
Əbdürrəhman Vəzirov
Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930, Bakı – 10 yanvar 2022, Moskva) — Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri. Əbdürrəhman Vəzirov SSRİ tarixində səfir vəzifəsinə olmuş yeganə azərbaycanlıdır. Siyasi baxışlarına görə Ə.Vəzirov kompartiyaya sadiq olan əsl leninçi kommunist idi. O, Leninizm ideyalarına, bəşəriyyətin işıqlı gələcəyinin kommunizm olduğuna tam olaraq inanırdı. Vəzirov həm də H. Əliyevin qəti əleyhdarı idi. Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakının Kirov rayonunda doğulub. Hələ yeniyetmə vaxtlarından siyasətlə maraqlanmış, ingilis dilini öyrənməyə başlamışdır. 1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirdikdən sonra özünün arzusu olan Moskva Beynəlxalq Münasibətlər İnstitutuna qəbul aldı, lakin ailəsinin istəyi əsasında bundan imtina edərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdir. Elə həmin ildən Sov.İKP üzvlüyünə qəbul edilən Əbdürrəhman Vəzirov 1953-cü ildən təhsil aldığı institutun elektrik stansiyaları, şəbəkələri və yüksək gərginlik texnikası kafedrasının aspirantı olmuşdur.
Əbdürrəhman Mələk
Əbdürrəhman Mələk (1896, Antakya - 13 yanvar 1978 Ankara), Hatayın Türkiyəyə qoşulmasında mühüm rol oynamış türk siyasətçidir. O, həkimlik peşəsini bir kənara qoyub, özünü Hatayın qurtuluş mübarizəsinə həsr edib. Əbdürrəhman Mələk 1896-cı ildə Antakyada anadan olub. İbtidai və orta məktəbi Antakyada, Sultani (liseyi) Hələbdə bitirmişdir. Tibb təhsilinə Dəməşq Tibb Məktəbində başlayıb. Birinci Dünya Müharibəsinin başlaması ilə İstanbul Tibb Fakültəsinə keçdi və 1919-cu ildə oranı bitirdi. Əbdürrəhman Mələk hələ tələbə ikən Antakyada Türk Ocağı qurub. O, Hatayın Türkiyəyə qatılması üçün mübarizə aparan Hatay Erkinlik Cəmiyyəti İstanbul Şöbəsinin prezidenti olub. Cenevrədə fransızlarla Hatay danışıqlarında iştirak edən Türkiyə Nümayəndə heyətində iştirak edib. 19 may 1937-ci ildə Millətlər Cəmiyyətinin Hatay üçün qəbul etdiyi konstitusiyadan sonra qurulan Hatay Dövlətinin ilk baş naziri oldu.
Əbdürrəhman Vahid
Əbdürrəhman Vahid (ing. Abdurrahman Wahid; 7 sentyabr 1940 – 30 dekabr 2009[…], Dr. Cipto Mangunkusumo Milli Ümumi Xəstəxanası[d]) — İndoneziyanın 4-cü prezidenti.
Əbdürrəhman (kənd)
Əbdürrəhman — İrəvan quberniyasının Eçmiadizin qəzasında kənd adı. == Toponimik izah == 1918–1919-cu illərdə əhalisi qovulduqdan sonra ermənilər yerləşdirilmişdir. 1949-cu ildə kənd ləğv edilmişdir. Tam adı Əbdürrəhman məzrəsidir. 1728-ci ilə aid mənbədən aydın olur ki, bu məzrə (əkin yeri) əvvəlcə Qaynarca adlanmışdır. Abdurrəhman məzrənin və sonra orada yaranmış kəndin sahibkarının adıdır. == Həmçinin bax == İrəvan quberniyası Abdul dərəsi == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar lüğəti. Bakı, 1960.